AZ

Gəncədə ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – TƏFƏRRÜAT – VİDEO – FOTO

Azərbaycan Dəmir Yollarının Gəncə Lokomotivlərin Təmir Deposuna məxsus xidməti avtomobilin qəzaya uğraması ilə bağlı məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata əsasən, sükan arxasında vəzifəli şəxs içkili vəziyyətdə olub.

Qəza törədən şəxs işıqforu aşırıb.

Həmçinin, qəzadan sonra avtomobilin depo ərazisində gizlədilməsi və gecə ilə ərazidən çıxarılmasına cəhd edilməsi də məlumatda qeyd edilib.

Hadisənin detalları və iddiaların doğruluğu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov NOCOMMENT.az -a açıqlamasında faktı təsdiqləyib.

“Fevralın 13-də Gəncə şəhəri ərazisində dəmiryolu xəttinin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və sürücünün hadisə yerindən yayınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin T. Əhmədov olduğu müəyyən edilib.

Araşdırma zamanı sürücünün qəza baş verən vaxt sərxoş vəziyyətdə olduğu da aşkarlanıb. Faktla bağlı araşdırma aparılır”, – açıqlamada qeyd edilib.

Sara

Seçilən
115
nocomment.az

1Mənbələr