AZ

“Crocus”dakı terror aktını törədənlərə ömürlük həbs cəzası istənildi

"Crocus City Hall" konsert kompleskində törədilən terror aktında təqsirləndirilən 19 nəfərdən 15-i üçün ömürlük həbs cəzası istənilib.

TASS xəbər verir ki, bu barədə zərərçəkmişlərin vəkili Daniel Qotye məlumat verib.

Məlumata görə, prokuror terror aktının dörd birbaşa icraçısı – Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizodanın ömürlük azadlıqdan məhrum edilməsini və cəzanın xüsusi rejimli koloniyada çəkilməsini istəyib. Fevralın 16-da məhkəmə iş üzrə qapalı müzakirələrə başlayıb.

“Crocus City Hall”da terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumu dörd silahlı şəxs həyata keçirib, onların hamısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutulub və istintaqa cəlb olunub. Məhkəmə “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 19 nəfərin həbsi barədə qərar verib.

Seçilən
89
2
anews.az

5Mənbələr