AZ

“Həmişə harada işləyirəmsə maraqlı və qəribə təsadüflə üzləşirəm” - “Sabah”ın baş məşqçisi

BAKI, 16 fevral. TELEQRAF

Qəbələ, 16 fevral. TELEQRAF

“Bunlar bizim səlahiyyətimiz altında olan şeylər deyil. Əsas məqsədimiz öz oyunlarımıza kökləməkdir. Bəzən Litvada da baş verir. Sentyabra qədər bəzən avrokubok oyunlarına görə təxirə salınlr. Bilmirəm, bu, doğrudur yoxsa yox. Amma bizi bu düşündürmür. “Qarabağ”ı da başa düşmək olur, tarixi nailiyyət əldə ediblər. Bu halda yerli çempionatı da düşünməmək olmaz. Hər halda bizim yox, aidiyyəti qurumların verəcəyi qərardır”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konftansında deyib.

Mütəxəssis gərgin keçirilən qarşılaşmanı belə şərh edib: “Əvvəlcə hər iki komandanı bu cür oyun münasibətilə təbrik edirəm. “Qəbələ” həqiqətən də çox yaxşı komandadır. Turnir cədvəlində daha yaxşı yerlərə layiqdirlər. Birinci hissədə bir neçə epizod oldu, amma dəyərləndirə bilmədik. İkinci qolu da vura bilərdik. Oyunun son 10 dəqiqəsi bizim üçün çox çətin keçdi. “Qəbələ” 1 xala layiq idi. Amma bizim qapıçımız çox yaxşı qurtaeış etdi. Növbəti oyunlara hazırlaşacağıq”.

Mütəxəssis “Qarabağ”la çempionluq yarışından da söz açıb:

“Qarşıda 13 oyun var. Biz heç kimlə çempionluq yarışında deyilik. Düzdür, məqsədimiz çempionluqdur. Biz özümüz-özümüzlə yarışırıq. Heç kimlə rəqabət aparmırıq. Nəyin necə olacağı mayda bilinəcək”.

Dambrauskas Millətlər Liqasında Azərbaycanın Litva ilə rəqib olması barədə də fikirlərini bildirib: “Əlbəttə ki, həmişə harada işləyirəmsə maraqlı və qəribə təsadüflə üzləşirəm. Moldovada və Qazaxıstanda işləyəndə eyni qrupa düşdük. İndi də Azərbaycanda eyni hal yaşanır. Bizdə yaxşı oyunçular var. Litvanın mənim köməyimə ehtiyacı olmayacaq. Bura gələnə qədər tamamilə geniş infirmasiyalara malikdirlər”.

Seçilən
37
teleqraf.com

1Mənbələr