AZ

Ayntraxt ın yeni məşqçisindən şok cəzalar: Albert Riera nizam intizamı bərpa edir

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ayntraxt Frankfurt"un yeni baş məşqçisi Albert Riera komandada nizam-intizamı təmin etmək üçün olduqca qeyri-adi və sərt qaydalar tətbiq etməyə başlayıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis məşqə gecikən və ya qaydaları pozan futbolçular üçün pul cəzası əvəzinə fiziki işlərdən ibarət cəza sistemi müəyyənləşdirib.

Yeni qaydalara əsasən, intizamsızlıq edən oyunçular komanda yoldaşlarının butslarını təmizləməli, analiz qrupunun avadanlıqlarını daşımalı və ya klubun sahə işçilərinə kömək etməlidirlər.

Riera bu üsulla futbolçuların həm məsuliyyət hissini artırmağı, həm də klubun hər bir işçisinin əməyinə hörmət etməyi hədəfləyir. "Ayntraxt" rəhbərliyi isə ispan məşqçinin bu innovativ və fərqli yanaşmasının komanda daxilindəki ab-havanı müsbət istiqamətdə dəyişəcəyinə tam əmindir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
fanat.az

1Mənbələr