AZ

Nikol Paşinyanın rəqibləri məlum oldu

Baş nazir Nikol Paşinyanın “Mülki Müqavilə” Partiyası səsvermənin birinci turundan sonra Ermənistanda hökumət başçısı vəzifəsinə namizədlərini açıqlayıb.

İlkin siyahıya Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Ararat Mirzoyan, parlament sədri Alen Simonyan və Ermənistan siyasi elitasının digər nümayəndələri daxildir.

Namizəd mart ayının sonunda keçiriləcək son səsvermədə müəyyənləşəcək. Paşinyan ilkin səsvermədə digər namizədlərə liderlik edərək 894 səs toplayıb. Müdafiə naziri Papikyan 780 səslə seçki siyahısında ikinci yerdədir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
82
editor.az

1Mənbələr