AZ

Bir aydır yoxa çıxan şəxsin meyidi kanaldan tapılıdı – Yaxınlarından AÇIQLAMAVİDEO

Bir aydan çoxdur ki, itkin olan qocanın meyiti kanaldan tapılıb...

Xezerxeber.az xəbər verir ki, hadisə Ağdaşın Cüvə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 76 yaşlı Ənvər Məmmədovun meyiti kənd ərazisindəki su kanalından aşkarlanıb. Meyiti görən çoban dərhal onun qohumuna xəbər verib.

Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Ənvər Məmmədovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının məlumatına görə, mərhumun psixi problemləri olub. Hadisənin baş vermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
xezerxeber.az

1Mənbələr