AZ

Ayaks ın futbolçusu mövsümü başa vurdu

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ayaks"ın futbolçusu mövsümü başa vurdu

"Ayaks" klubu ukraynalı futbolçu Aleksandr Zinçenkonun zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Fortuna" ilə matçda zədələnən 29 yaşlı futbolçunun durumu gözlənildiyindən ağır olub.

Müayinələr nəticəsində oyunçunun dizində ciddi problem aşkarlanıb və onun təcili əməliyyat olunmasına qərar verilib. Amsterdam təmsilçisi bərpa müddətini dəqiq açıqlamasa da, bərpa prosesinin uzun çəkəcəyini və Zinçenkonun mövsümü başa vurduğunu rəsmən təsdiqləyib.

Məlumata görə, bu cür zədələrin sağalması ən yaxşı halda 6 ay vaxt aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
qol.az

5Mənbələr