AZ

Xaçmazda bir neçə kəndi birləşdirən yol yararsız vəziyyətdəVİDEO

Palçıqlı, çala-çuxurlu yolda sürücü haradan gedəcəyini bilmir.

Xezerxeber.az xəbər verir ki, Xaçmazda bir neçə kəndə gedən yol bu vəziyyətdədir.

El arasında Xudat-Bostançı yolu adlanan Bostançı-Sibiroba yolu baxımsız qalıb. Sakinlər bildirirlər ki, yolun yararsız olması onların bütün işlərinə təsir edir.

Sakinlərin sözlərinə görə, yolun vəziyyəti ilə bağlı aidiyyəti üzrə müraciətlər olub. Lakin dəyişən heç nə yoxdur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yolun təmiri üçün maliyyə proqramı hazırlanıb.

Belə görünür ki, sakinlər bu vəziyyətə bir az da dözməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
75
1
xezerxeber.az

2Mənbələr