GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməyə başlayıb.
Globalinfo.az bildirir ki, İsrail mediasının yaydığı məlumata görə, Vaşinqton regiona əlavə olaraq 18 ədəd “F-35” qırıcı təyyarəsi göndərmək qərarına gəlib.
Bu addım İran ətrafında diplomatik proseslərin davam etdiyi bir vaxtda atılıb.
ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, vəziyyət dəyişərsə, Vaşinqton qanunvericiliyə uyğun şəkildə hərbi addımlar variantını da nəzərdən keçirəcək.
Müşahidəçilər hesab edir ki, həm diplomatik fəallığın artması, həm də regiona əlavə hərbi qüvvələrin göndərilməsi ABŞ-ın İranla bağlı paralel siyasi və hərbi təzyiq strategiyası apardığını göstərir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.