AZ

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

Qahirə, 16 fevral, AZƏRTAC

Fevralın 15-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri, ölkəmizin İƏT yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev etimadnaməsini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Tahaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, Ciddədə İƏT-in Baş Katibliyinin qərargahında görüşdə Azərbaycan və İƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələri daha genişləndirmək əzmində olduğunu qeyd edib.

 

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
132
6
azertag.az

7Mənbələr