AZ

Fransanın üç departamentində yüksək daşqın təhlükəsi elan edilib

Fransanın üç departamentində yüksək daşqın təhlükəsi elan edilib

Fransanın "Météo-France" milli meteorologiya xidməti ölkənin üç departamentində maksimal (qırmızı) iqlim təhlükəsi səviyyəsi elan edib.

AFN.az xəbər verir ki, söhbət Fransanın qərbindəki Men və Luara, həmçinin cənub-qərbindəki Jironde və Lo və Qaronna departamentlərindən gedir ki, burada güclü leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub.

Narıncı təhlükə səviyyəsinin qüvvədə olduğu Sahilyanı Şaranta departamentinin Konyaq şəhərində küçələri su basıb və sakinlərin təxliyəsinə başlanılıb; burada Şaranta çayının səviyyəsi son 44 ilin rekordunu qıraraq 8 metri keçib. Qonşu Sent kommunasında isə şəhər həbsxanasından 135 məhbus təcili olaraq köçürülüb.

Parisdə Sena çayının səviyyəsinin 3 metri keçməsi səbəbindən sahilboyu küçələrin bir hissəsi bağlanıb. "BFMTV" telekanalının ilkin hesablamalarına görə, "Nils" fırtınasının da səbəb olduğu bu təbii fəlakətin vurduğu ziyan 3 milyard avroya çata bilər.

"Vigicrues" daşqın barədə məlumatlandırma xidmətinin rəhbəri Lüsi Şadurn-Fakon yaxın günlərdə vəziyyətin sabitləşəcəyinin gözlənilmədiyini və ölkə üzrə 81 departamentin hazırda müxtəlif səviyyəli xəbərdarlıq rejimində olduğunu bildirib.

Seçilən
111
afn.az

1Mənbələr