Lənkəranda balıqçı ölüb.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib.
1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. Kombinzon geyinib və dənizə çıxıb. Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə quyu və kanal yaranıb. Yaxınlarının deməsinə görə əslində həmin ərazilərə bələd olan M.Quliyev, quyu və kanalın yaranmasından xəbərsiz olub. Bu zaman M.Quliyev həmin kanala düşüb və dəniz suyu onu aparıb və o, dənizdə boğularaq ölüb.
Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. Dünən yaxınlarının ad günündə iştirak etmək üçün rayona qayıdıb. Bu gün M.Quliyev onunla gələnləri Bakı şəhərinə yola salandan sonra, özü balıq tutmaq məqsədi ilə dənizə gedib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sara