AZ

Rusiyada benzin bahalaşdı – Qiymətlər

Bir neçə aylıq sakitlikdən sonra Rusiya yanacaq bazarı yenidən kəskin qiymət artımı yaşayır.

“7Times.az” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, 9-13 fevral tarixləri arasında həftə ərzində topdansatış AI-92 benzininin ölkə üzrə orta qiyməti 6,9% artaraq tonu 62.431 rubla, AI-95 benzininin orta qiyməti isə həftə ərzində 5,8% artaraq tonu 63.545 rubla çatıb. Birja məlumatlarına görə, bu, ötən ilin iyul ayından bəri ən kəskin qiymət artımıdır.

Treyderlər “Reuters” agentliyinə bildiriblər ki, topdansatış benzininin qiymətinin artmasının əsas səbəbi neft emalı zavodlarına yeni PUA və raket hücumlarıdır. Ötən çərşənbə günü dron hücumu Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan və 13 milyon ton tutumuna malik Volqoqrad Neft Emalı Zavodunda benzin istehsalını dayandırıb. Cümə axşamı isə Uxta Neft Emalı Zavodunda pilotsuz təyyarənin hücumu yanğına səbəb oldu.

Keçən il Ukrayna dronları neft emalı zavodlarına ən azı 81 dəfə hücum edib və onların istehsalının 20%-ə qədər azalmasına səbəb olub. Nəticədə ölkənin xam neft emalı zavodlarının dayanması tarixi rekordları qırıb.

Ötən ilin sonuna qədər neft emalı zavodlarında neft tədarükü 15 illik minimuma düşüb və neft şirkətlərinin dron hücumlarından itkiləri bir trilyon rublu keçib.

Seçilən
53
1
7times.az

2Mənbələr