AZ

Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq, konsulluq və diaspor məsələləri direktoratlığının direktoru Qiorqi Tabatadze rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Seçilən
63
23
aznews.az

10Mənbələr