Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Ağdam rayonu və Tuğ kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı iri həcmli layihələr həyata keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 19 149 353,88 AZN təşkil edir. İşlər Ağdam rayonunun kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində icra olunacaq.
Bundan əlavə, Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğularının tikintisi də planlaşdırılır. Bu layihənin ehtimal olunan qiyməti isə 4 867 314,74 AZN-dir.
Ümumilikdə hər iki layihənin ehtimal olunan dəyəri 24 milyon manata yaxın qiymətləndirilir. /32gun.az/