AZ

Füzulidə yol qəzası baş verib,ölən və yaralananlar var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər - Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
4
anews.az

8Mənbələr