AZ

Nüvə danışıqları ərəfəsində yeddi lider İranla niyə dialoq apardı?

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ABŞ ilə İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun 7 ölkəsinin lideri rəsmi Tehranla təmasda olub.

"France 24" oxucularının diqqətinə çatdırır ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında bildirib.

Nazir qeyd edib ki, budəfəki danışıqların 2013-2015-ci illərdəki prosesdən əsas fərqi region ölkələrinin məsələdə ciddi iştirakıdır.

Fransanın informasiya portalları, televiziya və radioları Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfərini, Prezident İlham Əliyevlə görüşünü işıqlandırıblar.

"Mediapart", BFM TV, "Challenges", "L"Humanite" kimi informasiya portalları, radio və televiziyaları Cey. Di. Vensin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi və hər iki tərəfin mətbuata bəyanatından materialları yayıblar.

Xəbərlərdə Azərbaycan və ABŞ-nin strateji tərəfdaş olduqları, Donald Tramp Administrasiyasının Azərbaycana münasibəti, eləcə də Strateji Tərəfdaşlıq Xartiyası barədə məlumat verilib. Həmçinin TRIPP layihəsi haqqında danışılıb.

Seçilən
23
far.az

1Mənbələr