AZ

Qazaxıstanda “Neftçi”nin ulduz oyunçusunun mümkün transferi ilə bağlı xəbərlərə reaksiya veriblər

Qazaxıstanın “Aktobe” futbol klubu “Neftçi”nin kamerunlu hücumçusu Vensan Abubakarı transfer etməyi düşünmür.

İdman.Biz-in məlumatına görə, Qazaxıstan mediası əvvəllər “qırmızı-ağlar”ın 34 yaşlı hücumçuya maraq göstərdiyini bildirmişdi. Lakin klub hücum xəttini gücləndirmək üçün Abubakarı bir seçim kimi nəzərdən keçirmədiyinin açıqlayıb.

Buna görə də oyunçu Azərbaycanda oynamağa davam edəcək. Abubakar “Neftçi”də on oyunda dörd qol vurub.

Hücumçu əvvəllər “Valensiya”, “Loryan”, “Porto”, “Beşiktaş”, “Hatayspor” və Kriştianu Ronaldunun komanda yoldaşı olaraq “Əl-Nəsr” klublarında oynayıb.

İdman.Biz
Seçilən
33
1
idman.biz

2Mənbələr