Müğənni Nadir Qafarzadə növbəti dəfə tiktokerlərlə bağlə tənqidi açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi “Zarafat bir yana” verilişində qalmaqallı çıxış edib:
“Bu qız kişi ilə ailə qurmaq istəyir. Amma o qadın istəməz ki, yanında “bambılı”, tiktoker əri olsun. O tiktoker ərin xanımının yanında hörməti olmayacaq, deyəcək, tiktokerdir də.
Heç bir tiktokerdən ibrətamiz bir şey görməmişəm. Gəlon, nümunə olaq. Nəyisə reklam etmək istəyəndə də ədəb-ərkanlı təqdim edəsən ki, onu almaq istəyim.
Sara, Bizim.Media