AZ

Murat Dalkılıçın bu görüntüləri müzakirə yaratdı

Türkiyəli müğənni Murat Dalkılıç səhnədə yaşadığı hadisə ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, ifaçının konsert zamanı geyindiyi şalvarın arxa hissəsinin yaş olduğu görüntülər sosial mediada yayılaraq müzakirələrə səbəb olub.

Bununla bağlı Murat özü də açıqlama yayaraq məsələyə yumorla yanaşıb:

"Həqiqətən aləmsiniz. Anam zəng edib, səhnədə təbii ehtiyacımı ödədiyimi düşünüb, pis olub. Övladdır da, 40 yaşından sonra da bu halla qarşılaşa bilər. Video keçən il avqustda Antalyanın istisində çəkilib. 50 dərəcə istidə konsert vermişdim. Belə tərləməyən bizdən deyil". (Axşam.az)

Milli.Az
 

Seçilən
26
milli.az

1Mənbələr