Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Cenevrəyə yola düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti sülh danışıqlarında iştirak etmək məqsədilə Cenevrəyə yola düşüb.
Nümayəndə heyətinin tərkibinə bir sıra yüksək rütbəli rəsmilər və diplomatlar daxildir.
Fevralın 17-18-də keçirilməsi planlaşdırılan bu görüşlərdə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə mühüm siyasi və ərazi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az