AZ

Moped və motosikletlərlə bağlı qərar: cərimələr başlayır

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Mart ayından etibarən moped və motosiklet sürücülərini yeni və daha sərt qaydalar gözləyir. Artıq ikitəkərli nəqliyyat vasitələrini idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, dövlət qeydiyyatı və nömrə nişanı məcburi olacaq.

Globalinfo.az xəbər verir ki, yeni qərara əsasən, kaska taxmaq tələbi qüvvədə qalır, ölçüləri 0,5 metrdən artıq kənara çıxan yüklərin daşınmasına isə icazə verilməyəcək. Eyni zamanda yalnız yolun sağ zolağı ilə hərəkət etmə məhdudiyyəti ləğv olunur.

Mütəxəssislər dəyişiklikləri son illər moped və motosikletlərin iştirakı ilə baş verən ağır qəzalarla əlaqələndirirlər. Bəs yeni qaydalar yollardakı vəziyyəti nə dərəcədə dəyişəcək?

Daha ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
globalinfo.az

1Mənbələr