AZ

10 dərəcə şaxtada belə evi hamam kimi edən sistem

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Finlandiyanın Pornainen qəsəbəsində tətbiq edilən texnologiya qışın sərt şaxtasında isinmək üçün fərqli imkan yaradır. Qum batareyası adlanan bu üsul nə təbii qaz, nə də kömür tələb edir. Təxminən 100 tonluq xüsusi qum kütləsi bərpa olunan enerji mənbələrindən alınan artıq elektriki istiliyə çevirərək daxilində saxlayır.Demokrat.az xəbər verir ki, çöldə temperatur mənfi 10 dərəcəyə düşdükdə belə, anbardakı həmin istilik mərkəzi sistem vasitəsilə evlərə ötürülür. Beləcə mənzillərdə temperatur 22 dərəcədə sabit qalır. Üstəlik elektrik kəsilsə belə, yığılan enerji həftələrlə istiliyi qorumağa kifayət edir.Həmçinin oxu:

'Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim'

Vüsaləyə ikinci dəfə böyrək köçürüldü

'Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram'İqtisadi göstəricilər də ailə büdcəsi üçün kifayət qədər cəlbedicidir. İllik isitmə xərcləri orta hesabla 1700 avro olan ərazilərdə bu üsul aylıq ödənişləri 300 avroya qədər azaldır. Fosil yanacaqlardan asılılığın bitməsi həm də karbon tullantılarının qarşısını alır. Ekspertlər mərkəzi isitmə infrastrukturunun olduğu şəhərlərin bu texnologiyadan faydalana biləcəyini qeyd edirlər. Proses həm enerji təhlükəsizliyini təmin edir, həm də xərcləri yarıya endirir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr