Rusiyada Aleksey Navalnının anım aksiyalarında 14 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə layihəsi məlumat yayıb.
Rusiyanın müxtəlif şəhərlərində müxalif siyasətçi Aleksey Navalnının ölümünün ikinci ildönümü ilə bağlı keçirilən anım aksiyalarında polislər tərəfindən 14 nəfər saxlanılıb.
Saxlanılanlar barədə məlumatı ölkədəki saxlanılmaları izləyən “OVD-İnfo” layihəsi yayıb.
Məlumata görə, anım tədbirləri Rusiya boyunca müxtəlif nöqtələrdə baş tutub və hüquq-mühafizə orqanları iştirakçılara qarşı müdaxilə ediblər.
Xuraman Etibarlı
İnterpress.az