AZ

Millimizin baş məşqçisi: "Avropa çempionatının favoritlərindən biriyik"

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının favoritlərindən biridir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Sahib Məmmədov deyib.

O, yığmanın qarşıdakı hədəfləri və rəqibləri barədə danışıb:

"Hələ qrupumuz bəlli deyil. Lakin B divizionundakı rəqiblərə baxanda, kağız üzərində biz ən yaxşılardan biriyik.

Yarış Gürcüstanda keçiriləcək. Orada İngiltərə və Qazaxıstan kimi komandalar da var.

Amma hesab edirəm ki, daha yaxşı hazırlaşıb, A divizionu və çempionluq uğrunda mübarizə aparacağıq. Rəqiblər "dişimizə görə"dir".

Azərbaycan millisi Avropa çempionatında B divizionunda yarışacaq. Turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.

Seçilən
102
sportinfo.az

1Mənbələr