AZ

Afinada SİRLİ ÖLÜM: “Emmi” mükafatlı prodüser oteldə ÖLÜ TAPILDI – FOTO

“Emmi” mükafatçısı, “Tehran” serialının prodüseri Afinada oteldə ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Emmi” mükafatı laureatı, İsrail istehsalı olan məşhur “Tehran” serialının prodüseri Dana Eden Afinadakı otellərin birində ölü tapılıb.

Yunanıstan polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda istintaq qətl versiyasını da nəzərdən keçirir.

Yunanıstan mətbuatının verdiyi məlumata görə, prodüserin boyun və əllərində şübhəli göyərmə izləri aşkar edilib.

Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr