“Çətin oyun alındı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş Misli Premyer Liqasının 20-ci turunda “Zirə”yə səfərdə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Portuqaliyalı kiper Yevlax klubunun turnir cədvəlində sonuncu olmasını belə şərh edib:
“Matçın əvvəlində qapımızda qol gördük. Bundan sonra qalan dəqiqələr ərzində əlimizdən gələni etməyə çalışsaq da, heç cür fərqənə bilmədik.
Yekunda isə məğlub olduq və buna görə çox məyusuq. Vəziyyəti dəyişmək, 3 xal qazanmaq üçün əlimizdən gələni edirik.
Amma bir çox səbəblərə görə bu, çətin alınır.
Bəzən istədiyimiz oyunu göstərə bilmirik, bəzən də bəxtimiz gətirmir. Bu, futboldur, hər şey ola bilər”.