AZ

UFC-nin Ağ Evdə keçiriləcək turnirinə qatılacaq döyüşçüləri Tramp təsdiqləyəcək

ABŞ prezidenti Donald Tramp UFC-nin 14 iyunda Ağ Evdə keçirilməsi planlaşdırılan turnirinin kart seçiminin formalaşmasında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı UFC prezidenti Dana Uayt açıqlayıb.

“Tarix yaxınlaşdıqca, bir çox ideya üzərində düşünürük. Biz (Kreyq) Borsari ilə birlikdə Prezident Tramp və onun komandası ilə görüşmək, təkcə təşkilati işləri deyil, həm də heyətlə bağlı məsələləri müzakirə etmək üçün Vaşinqtona uçuruq.

Tədbirin təşkili ilə bağlı ümumilikdə üç fərqli variantımız var və onun nəyi bəyənib-bəyənmədiyini görəcəyik. Bu tədbir tamamilə heyrətamiz, unikal, xüsusi və çox bahalı olacaq” – “MMA Fighting” Uaytdan sitat gətirib.

İdman.Biz
Seçilən
26
idman.biz

1Mənbələr