Bakı. Trend:
Bu gün İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvanşəhərinin bəzi ərazilərində mavi yanacağın verilişindəməhdudiyyətlər olacaq.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən"Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərinin (diametri530/377/325 mm) korroziyaya uğramış hissələrində təmir-bərpa işlərihəyata keçiriləcək.
Təmir işləri səbəbindən saat 09:00-dan başlayaraq prosesyekunlaşanadək İmişli və Saatlı rayonlarının tam ərazisində (ümumi46 071 abonent), Sabirabad rayonunun bəzi kəndlərində (ümumi 26 672abonent) və Şirvan şəhərinin Bayramlı qəsəbəsində (ümumi 510abonent) qaz təchizatının dayandırılması nəzərdə tutulur.