Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gündəlik rasionda yer alan emal olunmuş məhsullar təkcə artıq çəkiyə deyil, həm də orqanizmin daxildən sürətlə qocalmasına yol açır. Mütəxəssislər xəbərdarlıq edir ki, ultra emal olunmuş qidalar hüceyrələrdə oksidativ stresi artırır və dərinin elastikliyini təmin edən kollagen quruluşunu zədələyir.Demokrat.az xəbər verir ki, Monash Universiteti və "American Journal of Clinical Nutrition" nəşrində dərc olunan tədqiqatlar bu sahədəki təhlükəni rəqəmlərlə təsdiqləyib. Araşdırmalara görə, menyuda emal olunmuş qidaların payı hər 10 faiz artdıqda bioloji yaş təxminən 2 aya qədər irəli gedir. Alimlər bu prosesi hüceyrələrin qoruyucu hissəsi olan telomerlərin qısalması ilə izah edirlər.Xüsusilə kolbasa, sosis, yüksək temperaturda qızardılmış məhsullar və şəkərli qazlı içkilər əsas risk qrupuna daxildir. Bu qidaların qəbulu orqanizmdə iltihabi prosesləri tetikləyir. Şəkərin zülallarla birləşməsi nəticəsində yaranan qlikasiya prosesi isə kollageni sərtləşdirərək qırışların daha tez formalaşmasına səbəb olur.Hüceyrə səviyyəsində baş verən bu aşınmanın qarşısını almaq üçün təbii qidalanma modelinə keçid vacib hesab olunur. Təzə tərəvəz, paxlalılar və zeytun yağı ilə zəngin olan Aralıq dənizi tipli qidalanma hüceyrələrin yenilənməsini dəstəkləyir. Mütəxəssislərin fikrincə, təbii məhsullara üstünlük verməklə bioloji qocalma prosesini ləngitmək mümkündür.Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.