AZ

Tramp: Sülh Şurası müəyyən məsələlərdə BMT ilə əməkdaşlıq edəcək

Tramp: Sülh Şurası müəyyən məsələlərdə BMT ilə əməkdaşlıq edəcək

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının bəzi hallarda BMT ilə qarşılıqlı fəaliyyət göstərəcəyini bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə müsahibəsində Tramp deyib: "BMT-nin bizə bir az kömək edə biləcəyini düşünürəm. Ən böyük dünya liderləri Sülh Şurasına qoşulur və biz müəyyən hallarda BMT ilə birgə hərəkət edəcəyik". Lakin Ağ Ev rəhbəri əməkdaşlığın konkret hansı sahələri əhatə edəcəyinə aydınlıq gətirməyib.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə bildirib ki, dünya təşkilatı fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasına dəvət almayıb. Düjarrik qeyd edib ki, BMT öz fəaliyyətini Sülh Şurası ilə əsasən Yaxın Şərq üzrə xüsusi koordinatorun müavini, azərbaycanlı diplomat Ramiz Ələkbərov vasitəsilə əlaqələndirməyi planlaşdırır.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində aralarında Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Argentinanın da olduğu 19 ölkə Sülh Şurasının Nizamnaməsini imzalayıb.

İlkin olaraq Qəzza zolağının idarə edilməsi və bərpası üçün yaradılan bu qurumun gələcəkdə digər regional münaqişələrin həlli ilə də məşğul olacağı nəzərdə tutulur. Fevralın 19-da keçiriləcək ilk rəsmi iclasda Qəzzanın bərpası üçün 5 milyard dollardan çox humanitar yardım paketinin elan edilməsi gözlənilir.

Seçilən
71
afn.az

1Mənbələr