Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Google" axtarış sistemində şəxsi məlumatların qorunması imkanlarını genişləndirib. Artıq istifadəçilər pasport, sürücülük vəsiqəsi və digər rəsmi sənədlərin məlumatlarını ehtiva edən axtarış nəticələrinin silinməsi üçün müraciət edə bilərlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.
Yenilik “Results about you” (“Sizinlə bağlı nəticələr”) alətinə aiddir. Sözügedən alət əvvəllər telefon nömrəsi, e-poçt ünvanı və ev ünvanı kimi məlumatların axtarış nəticələrindən gizlədilməsinə imkan verirdi. Məlumatlar təsdiqləndikdən sonra sistem avtomatik olaraq axtarış nəticələrini izləyir və istifadəçinin şəxsi məlumatları aşkar edilərsə, bu barədə ona bildiriş göndərir. Şirkət vurğulayır ki, məlumatların axtarışdan silinməsi onların internetdən tamamilə yoxa çıxması demək deyil, lakin məxfilik səviyyəsini artırmağa kömək edir.
Bundan əlavə, razılıq olmadan yayımlanmış intim görüntülərin silinməsi proseduru da sadələşdirilib. İndi istifadəçi şəkilin yanında yerləşən üç nöqtəni seçərək nəticəni silə və səbəbi göstərə bilər. Eyni zamanda bir neçə müraciət göndərmək və onların statusunu “Results about you” bölməsində izləmək mümkündür.
Şirkətdən bildirilib ki, mövcud məzmunun silinməsi problemin yalnız bir hissəsidir. Əlavə qorunma məqsədilə yeni proses oxşar axtarış sorğularında görünə biləcək açıq-saçıq məzmunu əvvəlcədən filtrdən keçirməyə imkan verən təhlükəsizlik tədbirlərini də aktivləşdirməyə şərait yaradır.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.