AZ

Bitki yağları ilə prostat xərçənginin əlaqəsi üzə çıxdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Kaliforniya Universitetinin alimləri qidalanma vərdişlərinin kişi sağlamlığına təsiri ilə bağlı maraqlı araşdırma aparıblar. Tədqiqatın nəticələri göstərir ki, rasionda yağ balansının dəyişdirilməsi prostat xərçəngi hüceyrələrinin çoxalma sürətini azalda bilər.Demokrat.az xəbər verir ki, ekspertlər bir il ərzində iki fərqli qrupun qidalanma tərzini izləyiblər. Birinci qrup tərkibində iltihab yaradan omeqa-6 yağları bol olan vərdiş etdikləri qidaları qəbul ediblər. Digər qrup isə qızardılmış və emal olunmuş məhsullardan uzaq durub, rasionda omeqa-3 yağlarının payını artırıb. Tədqiqatın əvvəlində və sonunda aparılan biopsiya analizləri fərqli mənzərə ortaya çıxarıb. Belə ki, düzgün qidalanan şəxslərdə xərçəng hüceyrələrinin bölünmə sürəti xeyli azalıb. Digər qrupda isə əksinə, hüceyrələrin artım tempi yüksəlib.Mütəxəssislər vurğulayırlar ki, prostat spesifik antigenin (PSA) səviyyəsində qısa müddətdə ciddi dəyişiklik qeydə alınmasa da, hüceyrə səviyyəsindəki bu fərq gələcək üçün böyük ümid verir. Bu araşdırma minlərlə xəstə üçün qidalanmanın sadəcə fon deyil, həm də müalicə aləti ola biləcəyini göstərir. Eyni zamanda qeyd olunur ki, balıq yağı və digər əlavələrin qəbulu həkim nəzarəti altında olmalıdır. Belə maddələrin yan təsirləri və digər dərmanlarla qarşılıqlı təsiri mütləq nəzərə alınmalıdır.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
demokrat.az

1Mənbələr