AZ

Ayı kənd sakinlərinə hücumETDİ

Hindistanda ayının kənd sakinlərinə hücumu faciə ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, bu barədə "Devidiscourse" məlumat yayıb.

Hadisə Maharaştra ştatının Nanded dairəsində baş verib. Meşədən çıxan vəhşi heyvan əkin sahələrini suvaran kəndlilərə hücum edib. 55 yaşlı fermer Datta Baliram Cadhav ayının hücumu nəticəsində hadisə yerində həyatını itirib.

Ona köməyə gələn qonşular və qohumlar da vəhşi heyvanın hücumuna məruz qalıblar. Nəticədə səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Digər şəxslərin həyatı üçün təhlükə yoxdur.

Hazırda meşə təsərrüfatı xidməti ayını tapmaq üçün axtarış tədbirləri həyata keçirir. Yaxınlıqdakı kəndlərin sakinlərinə ehtiyatlı olmaq, xüsusilə də qaranlıq vaxtlarda əkin sahələrinə getməmək tövsiyə olunub.

Aytəkin TOFİQQIZI

Seçilən
112
1
redaktor.az

2Mənbələr