AZ

KİV: Kubada 32 mindən çox hamilə qadın risk altındadır

KİV: Kubada 32 mindən çox hamilə qadın risk altındadır

ABŞ-ın adaya tətbiq etdiyi enerji blokadası nəticəsində yaranan səhiyyə problemləri səbəbindən Kubada 32 mindən çox hamilə qadın ciddi risk altındadır.

AFN.az xəbər verir ki, bu barədə ölkənin rəsmi "Granma" qəzeti Kuba Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, yanacaq çatışmazlığı hamilə qadınların ultrasəs müayinələrinə çıxışını məhdudlaşdırır, ana və yeni doğulmuş körpələr üçün ağır hallarda təcili yardımın səfərbər edilməsinə mane olur, həmçinin uşaqların peyvənd qrafiklərində gecikmələrə yol açır.

Vaşinqtonun yanvarın sonunda qəbul etdiyi birtərəfli məhdudiyyətlər təcili tibbi yardımın göstərilməsinə də mənfi təsir göstərib, xüsusilə təcili yardım maşınlarının fəaliyyətində kəskin qıtlıq yaradıb. Nazirlik bildirir ki, bu tədbirlər dərmanların, tibbi alətlərin və avadanlıqların alınmasını daha da çətinləşdirir, xəstəxanaların, əməliyyatxanaların və intensiv terapiya şöbələrinin iş qabiliyyətinə mənfi təsir edir.

Yanacaq qıtlığı səbəbindən aviareyslərin azalması və yükdaşıma qiymətlərinin artması da ölkəyə təcili çatdırılmalı olan tibbi resursların əlçatanlığını çətinləşdirib. Bütün bu çətinliklərə baxmayaraq, Kuba tibbi heyətinin əhalinin sağlamlığını qorumaq üçün gecə-gündüz fəaliyyət göstərdiyi vurğulanır.

Seçilən
110
afn.az

1Mənbələr