AZ

KİV: Makron müttəfiqlərini əsas vəzifələrə təyin etməyə tələsir

KİV: Makron müttəfiqlərini əsas vəzifələrə təyin etməyə tələsir

Fransa Prezidenti Emmanuel Makron gələcəkdə hakimiyyətə gələ biləcək sağçı prezidentin fəaliyyət imkanlarını məhdudlaşdırmaq məqsədilə öz tərəfdarlarını mühüm dövlət postlarına təyin etməyi sürətləndirib.

AFN.az "Politico" nəşrinə istinadən xəbər verir ki, Makron 2027-ci ilin mayında keçiriləcək prezident seçkilərinə qədər bütün əsas kadr məsələlərini həll etməkdə qərarlıdır. Məlumata görə, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Bürkarın dəyişdirilməsi və digər kadr islahatları məhz "Milli Birlik" partiyasının NATO-nun vahid komandanlığından çıxmaq kimi mübahisəli təkliflərinə müqavimət göstərə biləcək nüfuzlu şəxsləri vəzifəyə gətirmək istəyi ilə bağlıdır.

Kadr dəyişiklikləri həmçinin Xarici İşlər Nazirliyini də əhatə edəcək; yaxın aylarda Vaşinqton, London, Berlin və Kiyev daxil olmaqla 60-dan çox regionda Fransanın yeni səfirləri fəaliyyətə başlayacaq. Mənbələr bu addımların Makronun şəxsi karyerası ilə deyil, dövlət institutlarını sağçıların gəlişi ilə yarana biləcək sarsıntılardan qorumaq istəyi ilə izah edirlər. Son rəy sorğuları göstərir ki, Marin Le Pen və onun partiya yoldaşı Jordan Bardella növbəti seçkilərdə favorit namizədlər hesab olunurlar.

Seçilən
138
afn.az

1Mənbələr