Yazını böyüt
Yazını kiçilt
Rusiya Pravoslav Kilsəsinin dini lideri Patriarx Kirill Moskvadakı Xilaskar Məsih Katedralında etdiyi xütbədə insanların maddi şeylər üçün dua etməməli olduqlarını söyləyib.
Hafta.az yazır ki, o, əməkhaqqının artırılması, vəzifə yüksəlişi, ev və ya maşın sahibi olmaq kimi şeylər üçün edilən duaların səhv olduğunu bildirib. Kirill, bu cür istəklərin yerinə yetirilməyəcəyini vurğulayaraq deyib ki, onsuz da göylər bu cür istəklərə cavab verməyəcək.
RBC-nin məlumatına görə, Patriarx dindarların dualarını maddi mənfəətə deyil, daha dərin və mənəvi məsələlərə yönəltməli olduqlarını söyləyib. O, imana, ailə münasibətlərinə və insanın yaxın ətrafı ilə əlaqələrə diqqət yetirmək üçün dua etməyə çağırıb.