AZ

ABŞ səfiri Belçikanın Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Belçikadakı səfiri Bill White Belçika Krallığını antisemitizmdə ittiham etdiyi X platformasındakı paylaşımına görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Editor.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Maxime Prévost məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.

Nazir bildirib ki, Krallığın yəhudi əleyhinə dövlət olması ilə bağlı istənilən iddia tamamilə əsassız, təhqiramiz və qəbuledilməzdir.

O qeyd edib: “Belçika bütün tərəfdaşları ilə dialoqa açıqdır. Lakin demokratik institutlarımıza yönəlmiş hər cür müdaxilə və əsassız ittihamlar keçilməməli olan həddi aşır. Suverenliyə hörmət qarşılıqlı olmalıdır”.

Səfirin açıqlaması Antwerp şəhərində tibbi lisenziyası olmadan sünnət əməliyyatı həyata keçirən yəhudi din xadimlərinin axtarışa verilməsi və saxlanılması fonunda səsləndirilib. Amerikalı diplomatın sözlərinə görə, həmin şəxslər min illərdir öyrəndikləri dini ənənəni icra edirdilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr