AZ

Bərdədə yük avtomobili piyadanı vurdu

Bərdədə yük avtomobili piyadanı vurub.

Bizim.Media xəbər verir ki, hadisə dünən saat 17:30 radələrində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Elnur Mehdizadə idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə yaşadığı Bərdə rayonu, 1-ci Qazaxlar kəndi ərazisində yerləşən kəndarası aralıq yolda sağa dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib, həmin vaxt yolun qarşı tərəfdən sağ ehtiyat hissəsində piyada hərəkətdə olan 1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.

Hadisə nəticəsində piyada Elçin Sadıqov ölüb.

Faktla bağlı Bərdə Rayon polis şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır. (Trend.az)

Bizim.Media

Seçilən
76
2
bizim.media

3Mənbələr