AZ

ABŞ Yaxın Şərqə daha 18 qırıcı yerləşdirib

AzVision.az xəbər verir ki, bu barədə “Itamilradar” portalı məlumat yayıb. Qeyd olunub ki, bu qırıcılar bölgədəki Amerika hava qüvvələrini gücləndirmək üçün nəzərdə tutulub. Təyyarələr Böyük Britaniyadakı Leykenhit hərbi aerodromundan havaya qalxıb. Onların Yaxın Şərqə uçuşuna “KC-135 Stratotanker” tanker təyyarəsi dəstək verib.

Hesabatda qeyd olunur ki, “F-35A Lightning II” uçuşu Amerika döyüş təyyarələrinin bölgəyə eyni vaxtda ən böyük yerləşdirilmələrindən biridir və bu, İranla artan gərginlik fonunda Yaxın Şərqdə Amerika hərbi imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərir.

AzVision.az

Seçilən
58
azvision.az

1Mənbələr