AZ

Bəzi icra başçılarına töhmət və xəbərdarlıq verildi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtınrayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunalxidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirəkeçirilib.

Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısıEldar Əzizov Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarındasanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, burayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geriqaldığını qeyd edib.

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətininbaşçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isəşifahi xəbərdarlıq elan edilib.

Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyətiyaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.

Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı AdilƏliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradanqaldırılacağına söz verib.

Seçilən
83
33
az.trend.az

10Mənbələr