AZ

"Real"ın yeni məşqçisinin adı açıqlandı

Maurisio Poçettino "Real Madrid"də işləməyə razılıq verib. Metbuat.az xəbər verir ki, Poçettino yeni mövsümdən etibarən İspaniya nəhəngini çalışdıra bilər. "Defensa Central"ın məlumatına görə, Poçettino "Tottenhem" rəhbərliyinin namizədləri arasında olsa da, argentinalı məşqçi “Real”da işləmək istəyir. İddialara görə, Poçettino “Real”da işləmək üçün transferlərlə bağlı şərt irəli sürüb. O, iki mərkəz müdafiəçisi və bir yarımmüdafiəçinin transferini tələb edib. "Real Madrid"in mövsümün sonunda bu transferləri həyata keçirməkdə maraqlı olduğu bildirilir.

Məlumata gör, Maurisio Poçettino ABŞ milli komandası ilə Dünya Kubokuna diqqət yetirir və turnirdən əvvəl heç bir klubla müqavilə imzalamayacaq.

Seçilən
113
metbuat.az

1Mənbələr