Hollandiyanın müdafiə naziri Qeys Tuynman Amerika F-35-lərinin Avropa silahlarına uyğunlaşma sürətini tənqid edib. Nazir təyyarəni müstəqil şəkildə yenidən proqramlaşdırmağı təklifini irəli sürüb.
Herbiand.az xəbər verir ki, BNR radiosunda verdiyi müsahibədə Qeys Tuynman bildirib:
"Heç vaxt deməməli olduğum bir şeyi deyəcəyəm, amma yenə də deyəcəyəm: F-35-i iPhone kimi sındırmaq olar".
Nazir həmçinin Meteor, Storm Shadow və SCALP kimi Avropa raketlərinin Amerika qırıcılarının sistemlərinə inteqrasiyası prosesinin çox uzun çəkdiyindən də şikayətlənib. Tuynman hesab edir ki, Avropa müttəfiqləri qüvvələrini birləşdirməlidirlər. O, bu məsələdə Oslo və Varşavanı mümkün tərəfdaşlar adlandırıb.