ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Səmra Rəhimli uzun müddət onu narahat edən şəxs barədə ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə o "Afaqla Onlar" verilişinə qonaq olarkən bildirib.
Sözügedən şəxs onu dayanmadan narahat edirmiş. Müğənni fitnessə, restorana gedəndə onu təqib edirmiş.
Günlərlə evinin önündə yatıb, qonşularını narahat edirmiş. Qışqır-bağır salıb, Səmranı görmək istədiyini deyirmiş
Sənətçi daha sonra həmin şəxslə bağlı tədbir görüldüyünü və məsələnin də bağlandığını deyib:
"Belə bir şey olub. Narahat edilmişəm. Anam polisə şikayət etdi. Daha məni narahat etmir. O məsələdən sonra mən şəkil paylaşanda olduğum yeri işarələmirəm. Çünki harada hansı restoranda əyləşirdimsə o həmin restorana gəlirdi".
Ətraflı videoda:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.