AZ

El Salvador tarixinin ən böyük narkotik əməliyyatı həyata keçirilib

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

El Salvador tarixinin ən böyük narkotik əməliyyatı həyata keçirilib.

Məlumata görə, əməliyyat ölkə sahillərindən təxminən 380 dəniz mili (703 kilometr) cənub-qərbdə həyata keçirilib. 54 metr uzunluğunda çoxməqsədli dəstək gəmisi Tanzaniya bayrağı altında üzən gəmini dayandırıb. Yoxlama zamanı gizli bölmələrdə 330 bağlama halında ümumilikdə 6,6 ton kokain aşkar edilib.

Bildirilib ki, müsadirə olunan narkotikin təxmini bazar dəyəri 165 milyon ABŞ dollarıdır.

Dövlət başçısı qeyd edib ki, narkotik maddə gəminin balast çənlərində gizlədilib. Aşkarlanması üçün hərbi-dəniz qüvvələrinin dalğıcları əməliyyata cəlb olunub və aparılan baxış zamanı gizlətmə üsulu təsdiqlənib.

Məlumata görə, saxlanılan 10 nəfərdən 4-ü Kolumbiya, 3-ü Nikaraqua, 2-si Panama, 1-i isə Ekvador vətəndaşıdır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
azpolitika.info

1Mənbələr