AZ

Rusiyanın daha bir neft emalı zavodunda dron hücumu nəticəsində yanğın baş verib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələrinin gecə hücumu nəticəsində Krasnodar diyarındakı İlski Neft Emalı Zavodunda təxminən 700 kvadrat metr sahəni əhatə edən yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə regional əməliyyat qrupunun Telegram kanalında məlumat verilib.

"İlski Neft Emalı Zavodunda dron hücumu nəticəsində yanğın baş verib. Tələfat yoxdur. Neft çəninə ziyan dəyib. Ümumi yanğın sahəsi təxminən 700 kvadrat metrdir", - deyə açıqlamada bildirilib.

Operativ qrup yanğının söndürülməsində 72 nəfərin və 21 texnikanın iştirak etdiyini və yanğınsöndürmə qatarının hadisə yerində olduğunu bildirib.

17 fevral gecəsi Krasnodar diyarındakı hava hücumundan müdafiə sistemləri kütləvi dron hücumunun qarşısını aldığı barədə məlumat verilib.

Dronların qalıqları Krasnodarın müxtəlif yerlərində, o cümlədən şəhərin futbol klubunun stadionunun yaxınlığında tapılıb. Bundan əlavə, PUA-lar Soçi, Gelendjik, Krımsk və Krasnodar diyarının digər ərazilərinə hücum edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
bizimyol.info

1Mənbələr