ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə işinə görə tarix yazacaq...
Poliqon xəbər verir ki, bu barədə Newsweek məlumat verib.
Ağ Ev rəhbəri bildirib ki, həyat yoldaşı çox vacib işlər görür:
"Düşünürəm ki, sonda onun tarixə həqiqətən də böyük birinci xanımlardan biri kimi düşəcəyini görəcəksiniz. Onun Rusiya, Ukrayna ilə nə etdiyinə baxın... O, çox çalışır".
O, həmçinin həyat yoldaşının "Melaniya" filmini "inanılmaz bir hit" adlandırıb. Tramp həyat yoldaşı ilə qürur duyduğunu vurğulayıb.
5 fevralda Melaniya Tramp Ukrayna uşaqlarının ailələri ilə yenidən birləşməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığını açıqlayıb. ABŞ-ın birinci xanımı "çox tez bir zamanda uğur qazanacağına" ümid etdiyini bildirib.
Fevralın 12-də Ağ Evin mətbuat xidməti Amerika liderinin həyat yoldaşının Rusiya və Ukraynadakı uşaqların ailələri ilə yenidən birləşməsinə kömək etdiyini açıqlayıb. Bəyanatda Melaniya Trampın bu prosesdə üçüncü dəfə iştirak etdiyi aydınlaşdırılıb.
Poliqon.info