SEPAH Hörmüz boğazını 24/7 izləyir.
İnterpress.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri məlumat verib.
Komandan bildirib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 24 saatlıq kəşfiyyat fəaliyyəti həyata keçirir.
Onun sözlərinə görə, bu fəaliyyət boğazın həm suüstü (hava), həm də sualtı hissələrini tam əhatə edir.
Təngsiri qeyd edib ki, bu cür ciddi nəzarət strateji boğazda gəmilərin təhlükəsiz keçidini və hərəkətini təmin etmək məqsədi daşıyır.
O, Hörmüz boğazının əhəmiyyətini vurğulayaraq bildirib ki, həm region ölkələrinin, həm də bir çox xarici dövlətlərin iqtisadiyyatı bu mühüm su yolunun təhlükəsizliyi ilə sıx bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az