AZ

Polşa Ukraynada münaqişə bitdikdən sonra cinayətkarlığın artacağını gözləyir

Bakı, 17 fevral, AZƏRTAC

Polşanın hüquq-mühafizə orqanları Ukraynadakı müharibə bitdikdən sonra ukraynalı hərbçilərin bölgəyə axını fonunda cinayətkarlığın artmasına hazır olmalıdırlar.

AZƏRTAC xəbər verir ki, Polşanın polis rəisi Marek Boron bunu “Gazeta Wyborcza” qəzetinə müsahibəsində deyib.

O, həmçinin Polşanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin istehsalı üzrə artan laboratoriyaları tez bir zamanda məhv etmək üçün Ukrayna hakimiyyəti ilə fəal şəkildə işlədiyini vurğulayıb.

Qeyd edək ki, nəşr əvvəllər ukraynalı miqrantların Varşavanın mərkəzindəki parklardan birini cinayətkarlıq yuvasına çevirdiyini yazmışdı.

Seçilən
37
1
azertag.az

2Mənbələr