AZ

Vegetarianlar üçün yeni dad Əti əvəz edən və qızardıla bilən pendir brendi FOTO

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC

Niftəliyevlər ailəsinin Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal etdiyi pendiri bişirmək, qızartmaq, eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Niftəliyevlər ailəsi artıq 25 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Onların hazırladığı pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə bənzəmir.

Niftəliyevlər ailəsinin vegetarian həyat tərzini seçməsi onları yeni pendir brendi yaratmağa sövq edib.

“Vegetarian həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Biz bir çox süd məhsulları istehsal edirik. Amma satış üçün nəzərdə tutulan 5 növ pendirimiz var. Həmin pendir növlərinin ikisi şəxsi brendimizdir. Bu pendirlərə başqa yerdə rast gələ bilməzsiniz. Bunlardan biri bişirilə bilən pendirdir. Emal tam fərqlidir və məhsulun heç bir qatqısı yoxdur. Bu pendirin yağlılığı yüksəkdir, həm də hisə vermək mümkündür. Bir də var ədvalı pendir. Onu hazırlayanda 6-7 ədva qatıram. Bu da pendirə xüsusi dad verir”, - deyə Ədalət Niftəliyev söyləyir.

“ABAD”çı ailənin hazırladığı “Baharat” adlı pendir bir çox keyfiyyəti özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir, formasını dəyişmir. Ən əsası, pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın dadını özündə saxlayır.

“Gün ərzində 300-600 litr süd emal edə bilirik. Bundan da 30-60 kiloqram pendir istehsal olunur. Pendir istehsal edib satış üçün təhvil veririk. Satışını isə ABAD təşkil edir. ABAD-la 8 ilə yaxındır əməkdaşlıq edirik. Çox razıyıq. Buradakı avadanlıqlar çox münasibdir”, - deyə Ədalət Niftəliyev bildirir.

Niftəliyevlərin “Baharat” pendiri “ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada "ABAD Factory” İstehsalat Kompleksinin açılışı 2018-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib. Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb.

Hazırda “ABAD” Factory istehsalat kompleksində 10 “ABAD”çı ailə tərəfindən 101 çeşiddə məhsul istehsal edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
azertag.az

1Mənbələr